Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugee.gov.az domen adlı İnternet saytında, icmalda da qeyd etdiyimiz kimi, bilgi yetməzliyi ciddi şəkildə özünü göstərir. Saytın texniki imkanları yaxşı dəyərləndirilə bilsə də, çeviklik və informasiya təminatı baxımından ciddi çatışmazlıqlar var. Bununla belə, bu resursun təkmilləşdirilməsi üçün imkanlar da yox deyildir. Onu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilər sırasında ona daha öncə başçılıq etmiş şəxslər barədə də bioqrafik informasiyaların verilməsi gərəklidir.
2. Qurumla əks əlaqə üçün bütün mümkün vasitələr təklif edildiyindən bu bölmə üzrə hər hansı təkmilləşdirməyə gərək yoxdur.
3. Qurumun strukturunun sxeminin də təqdim edilməsi yaxşı olardı. Həm də struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri haqqında ayrıca bilgi verilməlidir.
4. Rəhbər və rəhbər işçilər haqındakı bilgilərə əsas rəhbər, onun müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və sərəncamlar, həmçinin belə sənədlərin reyestri haqqında bilgilərin əlavə edilməsi gərəklidir. Və qurumun cari informasiyalarında çevikliyi artırmaq tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər saytda öz əksini tapsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər təqdim edilməsi gərəkli olan informasiyalardandır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgi verilməsi mütləqdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərin təqdim edilməsi tövsiyə olunur.
13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə etmək gərəkdir.