Aşağı Güzdək Bələdiyyəsinin www.belediyye.com/ashagiguzdek domen adlı İnternet resursu gözlənildiyi kimi qurulub unudulanlar sırasındadır. Yəni sayt 2008-ci ildə qurulub, bir neçə cari informasiya da dərc edilib və bununla da unudulub. Bu isə ondan xəbər verir ki, bələdiyyənin artıq bu saytla bəlkə də əlaqəsi kəsilib. O üzdən bu saytla bağlı əslində geniş monitorinq və tövsiyələrə gərək duyulmadığı qənaətinə gəlsək də saytın mövcudluğunu fakt kimi nəzərə alaraq həm icmal, həm də tövsiyələrimizi təqdim edirik. Beləliklə, saytda gördüklərimiz aşağıdakılardan ibarətdir.
1. Qurum haqqında bilgilər bölməsində yalnız onun tarixi haqqında bilgi var. Bir də bələdiyyənin hazırkı başçısı haqqında bilgi verilir. Ancaq nəzərə alsaq ki, sayt 2008-ci ildən bəri yenilənmir, mümkündür ki, sədr də dəyişmiş olsun.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan haqqında deyə biləcəyimiz bir şey təqdim edilmir əslində. Sadəcə Aşağı Güzdək kəndi yazılıb və əlaqə üçün də bir mobil telefonu nömrəsi var. Əks əlaqə üçün onlayn müraciət forması da təqdim edilir. Başqa gərəkli bilgilər isə yoxdur.
3. Qurumun strukturu haqqında heç bir bilgi yoxdur. Düzdür, struktur adlı bölmə var, ancaq onun tərkibi sadəcə bələdiyyə üzvləri haqqında bilgilərdən ibarətdir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər qısa da olsa təqdim edilir. Ümumi əlaqə imkanları isə yetərli sayıla bilər bəlkə də.
5. Cari informasiyalar məsələsində saytda heç bir məlumat tapmaq mümkün deyil.
6. Qurumun büdcəsi barədə də heç bir məlumat verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərə də eyni sözləri şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni vəziyyət müşahidə olunur.
9. Həmçinin sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Növbəti boş bölmə vətəndaşların qəbulu şərtləri və qəbul günləri (saatları) haqqındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgi verilmir.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları normal hesab edilə bilər. Burada abunə imkanı təklif edilməsə də onlayn yazışma forması var.