İcmal hissədə də qeyd etdiyimiz kimi Fatmayi Bələdiyyəsinin www.belediyye.com/fatmayi domen adlı İnternet saytı bir zamanlar necə qurulubsa, artıq 3 ilə yaxındır ki, eləcə də durur. Hətta mümkündür ki, bələdiyyədə bu saytın mövcudluğunu belə unudublar. Unutmasalar belə, sayt olduqca kasaddır və faktiki bizim aradığımız informasiyaları orda tapmaq mümkün deyil. Əslində isə orada elə də ələ gələcək informasiyalar yoxdur. Bunu nəzərə alaraq Fatmayi Bələdiyyəsinin saytının təkmilləşdirilməsi haqqında heç bir tövsiyə irəli sürə bilmirik. Yalnız bir şeyi deyə bilərik ki, bu qurum özünə sıfırdan yeni bir sayt qurmalıdır.