Fatmayi Bələdiyyəsinin www.belediyye.com/fatmayi domen adlı İnternet resursu faktiki olaraq boşdur. Sayta ilkin ziyarət zamanı anlaşılır ki, o hardasa 2008-ci ilin may ayına qədər qurulub. Və elə qurulduğu kimi də yerində qalıb. Düzdür, bir sıra bölmələrin başlıqları var. Ancaq onlar bizim müşahidə apardığımız ölçülərə heç cür sığmadığı üçün saytda faktiki monitorinq üçün heç nə tapa bilmədik. Burada ələ gələcək tək şey bələdiyyənin ünvanı, telefon və faks nömrələri, həmçinin onlayn müraciət formasıdır. Başqa diqqət çəkəcək bir şey olmadığı üçün bölmələr üzrə monitorinqin nəticələrini də burada təqdim etməyə gərək duymadıq. Təbii ki, belə olan halda saytın təkmilləşdirilməsindən də söhbət gedə bilməz.