Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Lənkəran Bələdiyyəsinin www.lenkeran.belediyye.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Lənkəran Bələdiyyəsinin www.lenkeran.belediyye.az domen adlı İnternet resursu digər bələdiyyələrin İnternet resursları kimi qurulduğu zaman unudulanlar sırasında hesab edilə bilər. Saytdakı ən yeni xəbər 26 aprel 2011-ci ilə aiddir. Yəni sayt cari informasiyalar baxımından kasaddır. Ümumi hesabla saytda bizim cədvəldə nəzərdə tutulan 13 bölmədən yalnız beşi üzrə tam olmayan bilgilər toplanıb. Bu bilgilərin də yenilənməməsi onların köhnəlməsi, əslində bəlkə də indi heç keçərli olmadığı görünüşü yaradır. Saytda gördüklərimiz ümumi şəkildə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, köhnəlməsini nəzərə almasaq bütün gərəkli bilgilər var. Çatışmayan tək bilgi quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgidir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri var. Ancaq e-poçt ünvanı, ünvanın marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.

3. Qurumun struktur vahidləri haqqında sxem yoxdur. Alt bölmələri barədə sözlü bilgi verilir. Ancaq bu bölmələrə aid edilə biləcək başqa bilgilər təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam olmasa da qismən təqdim edilir. Ümumi əks əlaqə imkanları və onlayn yazışma forması təqdim edilir.

5. Saytda cari sayıla biləcək informasiyalar demək olar ki, yox səviyyəsindədir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı isə heç bir bilgi təqdim edilmir.

7. Qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni mənzərə müşahidə olunur.

9. Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda öz əksini tapmayıb.

10. Növbəti boş bölmə isə vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındadır.

11. Eyni sözləri tender və yarışmalar haqqındakı bilgilərə də şamil etmək mümkündür.

12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal olsa da burada abunə təklifi yoxdur. Ancaq onlayn müraciət forması var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV