Lənkəran Bələdiyyəsinin www.lenkeran.belediyye.az domen adlı İnternet saytı, göründüyü kimi qurulduğu zaman unudulduğundan xüsusən cari sayıla biləcək heç bir informasiya daşımır. Bu sayt texniki imkanlarına görə normalara cavab verir. Ancaq bilgi tərkibi kasaddır. Ona görə də saytın təkmilləşdirilməsi imkanları var və bunu nəzərə alaraq aşağıda onun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər bölməsində ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi olmalıdır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun e-poçt ünvanı, ünvanın marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi zəruridir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərin tam şəkildə təqdim edilməsi yaxşı olardı.
5. Saytın cari informasiya baxımından zənginləşdirilməsinə ehtiyac var.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında informasiyalar təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər təqdim edilməsi vətəndaşlar üçün gərəkli olan informasiyalardandır.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
11. Tender və yarışmalar haqqında bilgilərin saytda əks olunması gərəklidir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi zəruridir.
13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilməlidir.