Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Bərdə Bələdiyyəsinin www.berde.belediyye.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Bərdə Bələdiyyəsinin www.berde.belediyye.az domen adlı İnternet resursu da daha öncə müşahidə etdiyimiz bələdiyyə saytları kimi qurulub unudulanlar sırasındadır. Bu saytın yalnız bir fərqi var ki, özündən öncəkilərə nisbətən daha zəngindir. Ancaq nəzərə alsaq ki, sayt 2008-ci ilin may ayından yenilənmir, o zaman oradakı bilgilərin də bir işə yaradığını qəti şəkildə demək olmaz. Misal üçün, mümkündür ki, bələdiyyə üzvləri dəyişmiş olsun. Yaxud da bələdiyyə qanunvericiliyinə dəyişiklik edilmiş olsun. Bununla belə yenə də mövcud saytı müşahidə edib gördüklərimizi aşağıda diqqətə çatdırırıq.

1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, gərəkli bilgilər yer alıb. Burada çatışmayan bələdiyyəyə daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon nömrələri, onlayn müraciət forması verilir. Ancaq ora getmək üçün marşrut və sxem, həm də ictimai nəqliyyat barədə bilgi yoxdur.

3. Qurumun struktur vahidləri haqqında sxem təqdim edilmir. Sadəcə bir sözlü bilgi verilir. Struktur vahidlərinin səlahiyyət çərçivələri və ünvanları barədə də bilgi təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tamdır. Onlarla əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Ancaq struktur vahidləri ilə əlaqə imkanları barədə bilgi verilmir.

5. Cari informasiyalar məsələsində sayt zəmanədən geri qalır. Ən yeni xəbər 2008-ci ilin 27 may tarixinə aiddir.

6. Qurumun büdcəsinin ayrıntıları və onun icrası haqqında heç bir bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da saytda öz əksini tapmayıb.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da eyni sözləri demək mümkündür.

9. Təəssüf ki, sahə işçilərinin əmək haqları ilə bağlı da heз bir məlumat verilmir.

10. Eyni sözləri vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də demək olar.

11. Tender və yarışmalar haqqında saytda heç bir bilgiyə rast gəlinmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi yoxdur.

13. Saytın texniki imkanları normaldır. Burada əks əlaqə üçün onlayn müraciət forması da var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV