Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnternet saytı Məhkəmənin özü haqqında qısa bilgi, son xəbərlərdən başlıqlar, sol menyu və aşağıda axtarış qutusu ilə açılır. Sayt çox sadə təsir bağışlayır. Ana səhifədə heç bir əks əlaqə vasitəsi haqqında bilgi yoxdur. Xəbərlər bölməsi olsa da mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələrə məsul qurum haqqında da ana səhifədə heç nə yoxdur. İşə qəbul və tenderlərdən söhbət belə açılmır. Ümumilikdə sayt aşağıdakı tərkibə malikdir:
• Ana səhifə: məhkəmənin özü haqqında qısa bilgi, son xəbərlərdən başlıqlar, sol menyu və axtarış qutusu
• Barəmizdə: bu səhifədə məhkəmənin e-poçt da daxil olmaqla ünvanı, telefon və faks nömrələri, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Konstitusiya Məhkəməsinin aparatı (sadəcə quruluş), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri (qısa biografiyalar), Konstitusiya Məhkəməsinə verilən şikayətə dair tələblər (qanundan çıxarış) səhifələrinə keçidlər verilib
• Xəbərlər: xəbərlərdən başlıqlar və mətnlərə keçidlər
• Foto galereya: qurumun fəaliyyətini əks etdirən şəkillər
• Qanunlar: Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu, Məhkəməkər və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu
• Qərarlar: məhkəmənin çıxardığı qərarlar
• Arama: xəbərlərdə, qanunlarda və qərarlarda axtarış imkanları