Azərbaycan Respublikası Hesablama Palatasının İnternet saytının ana səhifəsi sol menyu, axtarış qutusu və Hesablama Palatasının qurulması və fəaliyyətiylə bağlı Konstitusiya və bəzi qanunlardan bir neçə cümləlik çıxarışla açılır. Bundan başqa səhifədə ümumi e-poçt ünvanı da verilib. Axtarış qutusu işləmir. Tenderlər, işə qəbul və boş iş yerləri, arxiv haqqında ana səhifədə bilgi yoxdur. Sayt qurumun fəaliyyətini yetərincə əks etdirsə də funksionallıq baxımından o qədər də əlverişli sayıla bilməz. Saytda aşağıdakı bölmələr yer alıb:
• Əsas səhifə: sol menyu, axtarış qutusu və Hesablama Palatasının qurulması və fəaliyyətiylə bağlı Konstitusiya və bəzi qanunlardan bir neçə cümləlik çıxarış, e-poçt ünvanı
• Yeniliklər: 23 dekabr 2003-cü ildən 18 may 2006-cı ilədək olan dövrü əhatə edən yeniliklər
• Hesablama Palatası haqqında ümumi məlumat: ümumi məlumat, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və auditorları (sadəcə şəkilləri, adları və vəzifələri), Azərbaycan Respublikası Hesablama Palatasının strukturu (sxem), Hesablama Palatasının iclasları
• Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları: Azərbaycan Respublikasının Konstitusiyası, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu, "Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi
• Nəzarət fəaliyyəti: maliyyə-büdcə nəzarəti ilə əlaqədar aparılan audit, Hesablama Palatasının ekspert-analitik fəaliyyəti ilə əlaqədar aparılan audit, Beynəlxalq müqavilələrin maliyyə ekspertizası ilə əlaqədar aparılan audit, Maliyyə-büdcə ekspertizası çərçivəsində aparılan audit
• Ekspert-analitik fəaliyyəti: rəylər, məlumatlar və hesabatlar
• Normativ, hüquqi və metodiki təminat: Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı haqqında qısa bilgi
• Beynəlxalq fəaliyyət: beynəlxalq qurumlarda üzvlük və bəzi sazişlər haqqında bilgi
• Rəy, məlumat və hesabatların arxivi: Azərbaycan Respublikası Hesablama Palatasının rəy, məlumat və hesabatlar arxivi (sonuncu məlumat: "Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi)
• Hesablama Palatasının rekvizitləri: e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri
• Saytın xəritəsi: saytdakı bir çox məlumatlara birbaşa keçid
Göründüyü kimi saytda ictimai əlaqələrə və ya KİV-lə işə məsul olan struktur bölməsi və ya məsul şəxs haqqında bir kəlmə belə yazılmayıb. Üstəlik ayrı-ayrı vəzifəli şəxslər və bölmələrlə ayrıca əlaqə imkanları da yoxdur.