Masazır Bələdiyyəsinin www.belediyye.com/masazir domen adlı İnternet saytı, icmal hissədən də anlaşıldığı kimi, tərkibində təhlil üçün yetərli bilgi olmadığı üçün ayrıntılı şəkildə təhlil edilməyib. Təbii ki, belə olan halda saytla bağlı ayrıntılı tövsiyələrin də yazılması imkansızdır. Ona görə də sadəcə Masazır Bələdiyyəsinin özünə normal bir sayt qurmasını tövsiyə etməkdən başqa çarəmiz qalmır. Yeri gəlmişkən, bu saytın texniki imkanları yetərli sayıla bilər.