Masazır Bələdiyyəsinin www.belediyye.com/masazir domen adlı İnternet resursu, daha öncəki saytlar kimi natamam halda belə deyil. Saytda faktiki olaraq əldə edilə biləcək heç bir bilgi yoxdur. Həm də xəbər adlandırılan bir cümləlik sonuncu cari informasiya 2010-cu ilin 19 may tarixinə aiddir. Yəni saytda cari sayıla biləcək heç bir bilgi yoxdur. Düzdür, qurumun ünvanı, bələdiyyə üzvlərinin adları, onlayn müraciət forması var. Ancaq əlbəttə bütün bunlar saytın təhlili üçün yetərli ola bilməz. Ona görə də bu saytın maddələr üzrə təhlili mümkün deyil.