Novxanı Bələdiyyəsinin www.belediyye.com/novxani domen adlı İnternet saytı, icmal hissədən də aydın olduğu kimi faktiki olaraq fəaliyyətsiz bir resursdur. Ancaq onu da qeyd etmək lazımdır ki, tərtibat və texniki imkanlar baxımından sayt işə yarayacaq səviyyədədir. Bunu nəzərə alaraq saytın təkmilləşdirilməsi haqqında deyil, sadəcə olaraq onun bilgi tərkibinin zənginləşdirilməsi haqqında tövsiyələrlə çıxış etmək olar. Yəni bu saytla da bağlı ayrıntılı tövsiyələr irəli sürmək imkanı olmadığından Novxanı Bələdiyyəsinin öz saytını normal və işlək hala gətirməsini tövsiyə etməkdən başqa çarəmiz yoxdur.