Xırdalan Bələdiyyəsinin www.belediyye.com/xirdalan domen adlı İnternet resursu da digər bələdiyyə resurslarından geri qalmır. Əslində irəli deyil demək doğru olardı. Yəni bu sayt da bir zamanlar həvəslə qurulub, üzərində müəyyən işlər görülüb və sonra digərləri kimi unudulub. Ona görə də saytda cari adlanacaq bilgi yoxdur. Üstəlik də bizim monitorinq üçün ehtiyac duyduğumuz ölçülərə aid heç bir bilginin olmaması bu saytı da nəzərdən keçirməyimizi əngəlləyir. Belə bir durumda isə təbii ki, saytın durumu haqqında geniş şərh verə bilmirik.