Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi, çevik və funksional olsa da informasiya tərkibi yetərli sayıla biləcək qədər deyildir. Bununla belə saytın təkmilləşdirilməsi imkanları genişdir. Daha doğrusu, texniki imkanları yetərli olan saytın bilgi tərkibini zənginləşdirmək imkanları vardır. Ona görə də aşağıda bu saytla bağlı bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər demək olar ki, tam və dolğundur. Tövsiyəyə gərək duyulmur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə də bilgi verilməsi vacibdir.
3. Qurumun strukturu haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Struktur bölmələrinin rəhbərləri barədə bioqrafik bilgilərin verilməsi vacibdir. Həm də struktur bölmələri ilə birbaşa əlaqə imkanları haqqında bilgi verilməlidir.
5. Cari informasiyalarla yanaşı qurumdaxili əmr və sərəncamlar haqqında da bilgilərin təqdim edilməsi gərəklidir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsi haqqında bilgilər əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgiləri yetərli saymaq olar.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barə bilgilərin əks etdirilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul qaydaları, qəbul günləri və saatları haqqında məlumatların da saytda yerləşdirilməsi zəruridir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qaydalar və nəticələri ilə bağlı məlumatların verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması gərəklidir.
13. Saytın texniki imkanları abunə imkanı da əlavə etmək lazımdır.