Azərbaycanda ipoteka kreditləşməsi sistemi artıq üç aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində vətəndaşların ipoteka kreditlərinin alınmasına artan marağını, bu zəmində yaranan sualların operatıv şəkildə cavablandırmağa eytiyac duyulduğunu nəzərə alaraq, Azərbaycan İpoteka Fondunun öz saytı – www.amf.az fəaliyyətə başlayıb. Bu gündən etibarən www.amf.az saytına daxil olan hər bir vətəndaş AIF-in fəaliyyəti, statistik məlumatlar, mövcud ganunvericilik bazası, ipoteka kreditlərinin alınma prosesi haqqında geniş məlumatı əldə edə bilər.
Eyni zamanda vətəndaşlar saytda yerləşdirilən ipoteka kalkulyatorunun köməyi ilə ödəmə qabiliyyətlərinə uyğun ipoteka kreditinin məbləğini və alınan kredit üzrə aylıq ödəmələrin məbləğini müəyyən edə bilərlər, ipoteka bazarı iştirakçıları barədə məlumatlar, xidmətlər və rəsmiləşdirmə ilə bağlı xərclər və digər maraqlandıran suallara cavab ala bilərlər.
Azərbaycan İpoteka Fondu vətəndaşları – www.amf.az saytında aparılan ilk ictimai sorğuda iştirak etməyə dəvət edir.
Azərbaycan İpoteka Fondu mətbuat xidmətinin məlumatı