Azərbaycan Respublikası Auditorlar Palatasının İnternet saytı üst və orta menyu, digər rəsmi səhifələrə keçid, axtarış qutusu və palatanın vəzifə, funksiya və səlahiyyətlərini ehtiva edən qısa yazı ilə açılır. Axtarış qutusu normal işləmir. Tender, boş iş yerləri və işə qəbul, ictimai əlaqələrə məsul qurum və ya şəxs haqqında bilgi yoxdur. «Audit-Azərbaycan» İctimai Birliyinin gov.az domenində yer tutması da normal qarşılana bilməz. Əlaqə səhifəsi boş olduğundan ziyarətçilərin işi çətindir. Bununla belə ayrı-ayrı auditorlar və auditor qurumlarının ünvan və telefon nömrələri saytda yer alıb. Sayt aşağıdakı tərkibdən ibarətdir:
Üst menyu:
• Qanunvericilik: «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının qanunu, «Azərbaycan Respublikasının Auditor Palatası haqqında» əsasnamə, Azərbaycan qanunvericiliyində audit, Azərbaycan Respublikasında audit sisteminin islahatı konsepsiyası, milli audit standartları
• AP üzvləri: sərbəst auditorlar, yerli auditor təşkilatları, xarici auditor təşkilatları
• Beynəlxalq əlaqələr: üzv olduğu beynəlxalq qurumlar, iştirak etdiyi beynəlxalq tədbirlər
• Nəşrlər: palatanın nəşrləri haqqında
• «Audit-Azərbaycan» ictimai birliyi: keçid
• Yeniliklər: press-relizlər (boşdur), xəbərlər
• Auditorlar üçün: auditorlar üçün qeydiyyatlı özəl giriş
Orta menyu:
• Ana səhifə: üst və orta menyu, digər rəsmi səhifələrə keçid, axtarış qutusu, palatanın vəzifə, funksiya və səlahiyyətlərini ehtiva edən qısa yazı
• Sorğu: sorğu səhifəsinə keçid
• Struktur: sxem və bir sıra struktur bölmələrinin səhifələrinə keçid
• Əlaqə: boşdur
• Fontlar: Azərbaycan şriftlərini yükləmək üçün