Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının İnternet saytı uzun müddətdir yenilənməmiş kimi görünür. Saytda axtarış qutusu yoxdur. Əks əlaqə üçün yalnız ümumi ünvanlar və nömrələr verilib. İctimai əlaqələrə məsul şəxs və struktur bölməsi haqqında heç nə bəlli deyil. Səhifələrin çoxu boşdur. Ana səhifə 17 mart 2005-ci il tarixdə keçirilməsi nəzərdə tutulan konfransın elanı, sol menyu və sağ tərəfdə press-relizlərə keçidlə açılır. Axırıncı press-relizin tarixi 7 dekabr 2004-cü ildir. Sayt aşağıdakı tərkibdən ibarətdir:
• Ana səhifə: sol menyu, konfrans elanı və press-relizlərə keçid
• Şura haqqında: şura üzvləri (şəkilləri və qısa biografiyaları), şura aparatı (boşdur), maliyyə hesabatları (boşdur), əlaqə (e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri, xəritə)
• Qanunlar: "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, «Reklam haqqında» qanun (boşdur), "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (artıq bu qanun qüvvədən düşüb), «İctimai yayım haqqında» qanun (boşdur)
• Sənədlər və normativ aktlar: Milli Televiziya və Radio Şurası haqqında əsasnamə, şuranın qərarları (boşdur), xüsusi qaydalar (Teleradio yayımçıları tərəfindən program (veriliş) materiallarının saxlanılması və onların nəzarət fonogramlarının surətlərinin Milli Televiziya və Radio Şurasına təqdim edilməsi qaydaları, Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar)
• Lisenziya qaydaları: lisenziyanın verilməsi qaydaları (boşdur), müsabiqə (boşdur), tezliklərin siyahısı (boşdur)
• Mətbuat üçün: press-relizlər (sonuncu 7 dekabr 2004-cü il tarixlidir), elan (17 mart 2005-ci il tarixdə keçirilməsi nəzərdə tutulan konfransın elanı)
• Yayımçılar haqqında məlumat: efir televiziyası (boşdur), kabel televiziyası (boşdur), radio kanalları (boşdur), peyk yayımı (boşdur), xarici yayımçılar (boşdur)