Mətbuat üçün
05.06.2006
MƏLUMAT
09 iyun 2006- cı il tarixdə , saat 12.00-da , BMM-də Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən «Bələdiyyələrin informasiya açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək» Layihəsi çərçivəsində «Bələdiyyələrin informasiya açıqlığında İnformasiya əldə etmək haqqında Qanunun rolu» mövzusunda Dəyirmi Masa keçiriləcək.
Layihənin əsas məqsədi Bələdiyyələr və vətəndaşların qarşılıqlı informasiya münasibətlərinin yeni Qanunun tələbləri baxımından daha effektiv qurulması üçün şəraitin yaradılmasından ibarətdir.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru Osman Gündüzün, Layihənin experti Ələsgər Məmmədlinin və Vüqar Tofiqlinin mövzu ətrafında təqdimatları olacaq.
Dəyirmi Masada Bələdiyyələrin, müvafiq hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Layihə ACİ-Yardım Fondu tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.cit.az