Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İnternet saytı üst menyu, sual-cavab bölməsindən suallar, qurumun ünvanı, telefon və faks nömrələri, axtarış qutusu və qaynar xətt telefon nömrəsi ilə açılır. Axtarış qutusu işləsə də qurumun ictimaiyyətlə əlaqələrə məsul şəxsi və ya struktur bölməsi haqqında saytda heç bir bilgi yoxdur. Üstəlik qurumun özü haqqında ayrıca bilgi də gözə dəymir. Ayrı-ayrı vəzifəli şəxslər, onlarla əlaqə imkanları da ümumiyyətlə göstərilməyib. Saytın məzmunu aşağıdakı kimidir:
• Struktur: mərkəzi aparat (sadəcə sxem), yerli qurumlar (sadəcə sayları və əhatə etdikləri ərazilər)
• Qanunvericilik və normativ baza: qanunlar (yalnız «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının qanunu), fərman və sərəncamlar (boşdur), daxili sənədlər (müxtəlif qayda, əsasnamə və sənədlər)
• Özəlləşdirmənin statistikası: özəlləşdirilmiş kiçik dövlət müəssisələri (sahələr üzrə rəqəmlər), səhmdar cəmiyyətlər (dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin sahələr üzrə bölgüsü, dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsinin illər üzrə bölgüsü, dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin illər və sahələr üzrə təsnifatı), özəlləşdirmədən daxilolmalar (30.12.2005-ci il tarixinə özəlləşdirmədən və icarədən daxil olan vəsait)
• Yatırımlar və layihələr: 5 obyektin səhmlərinin satışı üzrə elanlar
• Hərrac və müsabiqələr: elanlar (iyun (2006) ayında hərraca çıxarılacaq əmlak haqqında elanlar və arxiv), nəticələr (son hərracların nəticələri və arxiv)
• Mətbuat xülasələri: müxtəlif materiallar