Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytı, icmaldan da aydın olduğu kimi, faktiki olaraq boş sayıla bilər. Buna görə də onun təkmilləşdirilməsindən söhbət gedə bilməz. Durumun bu cür acınacaqlı olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin İnternet resursunun işinin təkmilləşdirilməsi ilə bağlı yalnız bir tövsiyəmiz ola bilər: yaxşı olardıki bu qurum özünə sıfırdan başlamaqla günün tələblərinə cavab verən yeni İnternet resursu yaratsın.