Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytı, təəssüflər olsun ki, hələ də nəinki günün tələblərinə cavab vermir, ümumiyyətlə qeyri-ciddi yanaşmadan xəbər verir. Bu saytda 13 bölmə üzrə monitorinq apardığımız 56 parametrdən cəmi 6-sı üzrə bilgi tapmaq mümkündür ki, onlar da ən minimal səviyyədə təklif edilir. Bu isə ondan xəbər verir ki, bu sayt üzərində heç bir ciddi iş aparılmır. Hətta ən yeni sayıla biləcək informasiya 2011-ci ilin dekabr ayına aiddir. Halbuki bu cür vacib dövlət qurumundan hər gün onlarla faydalı informasiya açıqlamaları olmalıdır. Saytın ümumi durumu aşağıdakı kimidir:
1. Dövlət qurumu ilə bağlı informasiyalar haqqında təssüf ki, heç bir bilgi saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız bir e-poçt ünvanı təqdim edilir. Başqa heç bir bilgi verilmir. Hətta adi telefon nömrəsi belə yoxdur.
3. Dövlət qurumunun strukturu haqqındakı bilgilər sırasında isə yalnız Nazirlər Kabinetinin tərkibinə daxil olan nazirlik və dövlət komitələrinin İnternet resurslarına keçid verilib.
4. Rəhbər və rəhbər işçilər haqqındakı bilgilərdə isə yalnız o bəlli olur ki, Nazirlər Kabinetinin rəhbərinin – baş nazirin adı Artur Rəsizadədir. Təssüüf ki, başqa heç bir bilgi yoxdur.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında bilgilərin daha çevik olması gözlənildiyi halda saytda olan ən son bilgi 2011-ci ilin dekabr ayına aiddir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası ilə bağlı saytda heç bir bilgiyə rast gəlinmir.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da yuxarıdakı sözləri demək mümkündür.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə ümumiyyətlə, bilgi mövcud deyil.
9. Yuxarıda dediyimiz sözlər sahə işçilərinin əmək haqları bölməsinə də aiddir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları barədə də hər hansı bilgi verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında da saytda hər hansı bilgiyə rast gəlinmir.
12. Təəssüflər olsun ki, dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.
13. Saytın texniki imkanları haqqında isə danışmaq mümkün deyil.