Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet resursu yaradısa da ilk yaradıldığı vaxtlarda yerləşdirilmiş məlumatlardan başqa yeni məlumatlar gözə dəymir. Hətta elə bölmələr var ki, yaradılıb ancaq bölmələrə məlumatların yerləşdirilməsi unudulub. Yenilənən yalnız cari informasiyalardır desən yalan olmaz. Lakin cari informasiyalarında yenilənməsi böyük zaman aralıqları ilə həyata keçirilir. Bütövlükdə sayt aşağıdakı kimi görünür.
1. Rayon haqqında kifayət qədər məlumatlar təqdim olunsa da qurumun özü ilə bağlı bilgilər bir az kasaddır. Qurum haqqında onun adı, soyadı və vəzifəyə nə vaxt təyin olunması haqqında bilgilər əks etdirilib. Lakin bu vaxtadək quruma başçılıq etmiş şəxslər barədə isə heç bir bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında və onlayn müraciət forması təqdim edilmir.
3. Qurumun strukturunun sxemi təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında heç bir bilgi saytda əks etdirilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında isə təqdim edilən yeganə məlumat icra hakimiyyətinin başçısı haqqındakı qısa bir məlumatdır.
5. Cari informasiyalara nəzər salmaqla sayta nəzarət edən şəxslərin işlərinə məsuliyyətlə yanaşmadıqlarını demək olar. Çünki sayta yerləşdirilmiş ən son xəbər 02 noyabr 2011-ci il tarixinə aiddir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı sayta hər hansı bir bilgiyə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə də eyni sözləri demək mümkündür.
9. Təqdim edilməyən daha bir məlumat qurumun işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barə isə çox az bilgilər təqdim edilmişdir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.
12. Saytın texniki imkanları normal sayılacaq səviyyədədir. Lakin burada nə onlayn müraciət forması nə də, abunə imkanı təqdim edilmir.