Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi informasiya baxımından çox kasaddır. Bununla yanaşı saytın texniki imkanları saytın daha çevik və faydalı olmasına imkan verir. Elə bu səbəbdən də saytın daha faydalı bir resurs olmasına kömək məqsədilə bəzi tövsiyələrimizi bildiririk.
1. Rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma başçılıq edən və daha öncə də başçılıq etmiş şəxslər barədə də bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin və onlayn müraciət imkanının saytda yer alması faydalı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
4. Rəhbər və rəhbər işçilər haqqında ətraflı məlumat və onlarla əks əlaqə imkanlarının da əks etdirilməsi tövsiyə olunur.
5. Cari informasiyaların daim yenilənməsi zəruridir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarların, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatların da işıqlandırılması gərəklidir.
6. Daha bir tövsiyə büdcə ilə bağlı məsələlər haqqında bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgin təqdim edilməsi gərəklidir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulunun norma və qaydaları barədə ümumi bilgilər və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də əlavə olunması gərəkdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr olunur.
12. Saytın texniki imkanlarının daha da çevik hala gətirilməsi və onlayn müraciət və abunə imkanının da daxil edilməsi faydalı olardı.