Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az ünvanlı İnternet saytının monitorinqini ilk dəfə həyata keçiririk. Nazirlik özü 2006-cı ildə qurulsa da onun İnternet resursu olmadığından müşahidə imkanlarımız da olmayıb. Ona görə də bu saytın digər stajlı qurumların saytlarından daha üstün olacağını da gözləmirdik. Bununla belə çağdaş texnologiyanın verdiyi imkanlardan istifadə edərək bu qurum elə ilk həmlədən daha dolğun bir sayt təqdim edə bilərdi. Saytın texniki imkanları, funksionallığı və istifadə rahatlığı normal səviyyədədir. Ancaq bilgi tərkibinin kasadlığı, həm də cari bilgilər baxımından bu halın dərhal nəzərə çarpması sayt üzərində elə də ciddi iş getmədiyindən xəbər verir. Saytın ümumi durumu isə aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiya təqdim edilsə də onlar tam deyil.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar yəni qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri və e-poçt ünvanları təqdim edilir. Lakin  burada çatışmayan əsas bilgilər ünvanın marşrut və sxemi, oraya gəlmək üçün ictimai nəqliyyat haqqında informasiyalardır.

3.    Qurumun strukturu haqqında sözlü bilgilər və digər məlumatlar təqdim olsa da  qurumun strukturunun ümumi sxemi əks etdirilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları baxımından bilgilər çox kasadır. Burada təqdim edilən yeganə bilgi əsas rəhbərin bioqrafiyasıdır. Başqa heç bir vəzifəli şəxs barədə bu cür bilgilər təqdim edilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar çox aşağı səviyyədə təqdim edilir. Məsələn sonuncu mətbuat açıqlaması ötən ilin dekabr ayına  aiddir. Həmçinin,  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə də bilgilər təqdim olunmur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə saytda heç bir bilgiyə rast gəlinmir.  

7.    Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında verilən yeganə informasiya  onlayn müraciət formasıdır. Bu bölmədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, qaynar xətt xidmətlərdən istifadə qaydaları  barədə isə heç bir bilgi təqdim olunmur.

8.    Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
 
9.    Təqdim edilməyən daha bir məlumat sahə işçilərinin əmək haqları barədə bilgilərdir.  

10.    Vətəndaşların qəbul ilə bağlı vətəndaşların qəbul günləri, qəbul saatları, qəbula yazılma üsulu haqda bilgi verilsə də başqa göstəricilər üzrə heç bir bilgi təqdim olunmur.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da təəssüf ki, heç bir bilgi təqdim olunmur.

12.    Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13.    Sayt texniki imkanlar baxımından normal səviyyədədir. Burada çatışmayan yalnız abunə imkanının olmamasıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV