Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, yeni olduğu üçün ilk dəfə müşahidə edilir. Bu baxımdan, bəlkə də, bu saytın bir çox qüsurlarını təbii qarşılamaq olardı. Ancaq indiki texnoloji imkanları nəzərə alsaq, bu yanaşma yanlış olar. Ona görə də hesab edirik ki, saytın işini daha yaxşı və qanunun tələbləri səviyyəsində qurmaq olardı. Məhz bunu nəzərə alaraq saytın təkmilləşdirilməsi üçün aşağıda bir sıra tövsiyələrimizi təqdim edirik. Saytın texniki imkanları bu tövsiyələrin tez bir zamanda nəzərə alınaraq gerçəkləşdirilməsinə imkan verdiyi üçün onların qısa müddət ərzində diqqətə alınacağına ümid edirik:
1. Qurum ilə bağlı informasiyaların tam və dolğun şəkildə təqdim edilməsi gərəklidir. Həmçinin qurumun tarixi adına sadəcə onun qurulması haqqında bir sənədin təqdim edilməsi yetərli bilgi sayılmadığı üçün bu bilgilərin zənginləşdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının marşrut və sxemi, oraya gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgi verilməsi gərəklidir.
3. Qurumun strukturu haqqındakı bilgilərə qurumun strukturunun ümumi sxeminin də əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı bilgilər sırasına əsas rəhbərin bioqrafiyası ilə bərabər başqa vəzifəli şəxslər barədə də bu cür bilgilərin verilməsi zəruridir.
5. Qurumun cari fəaliyyəti haqqındakı bilgiləri ən aktual və dolğun şəkildə təqdim edilməsi yaxşı olardı.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin təqdim edilməsi gərəklidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında təqdim olunan onlayn müraciət imkanı ilə bərabər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, qaynar xətt xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim olunması gərəkli bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları barə də bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərlə yanaşı digər göstəricilər haqqında da bilgi verilməlidir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar təqdim edilməsi gərəkli olan bilgilər sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da yuxarıdakı sözləri demək mümkündür.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi faydalı olardı.