Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az ünvanlı İnternet saytı ziyarətçidə elə də ciddi bir təəssürat buraxacaq qədər zəngin hesab edilə bilməz. Düzdür, qurumun tarixi və hazırkı fəaliyyətləri barədə bir qədər fərqli və nəzərəçarpacaq qədər dolğun sayıla biləcək bilgi verilir. Ancaq bu o demək deyil ki, saytda bütün axtardığımız göstəricilər üzrə bilgilər yetərincədir. Özəlliklə də şəffaflıq baxımından çox gərəkli olan bilgilər saytda təqdim edilmir. Başqa göstəricilər üzrə bilgilərin də bolluğundan danışmaq mümkün deyil. Ümumiyyətlə isə bir neçə göstəricini çıxsaq, saytda əsas istiqamətlər üzrə gərəkli bilgilərin yer almadığını görmək olar. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.    Qurum haqqında təqdim olunan bilgiləri yetərli saymaq olar. Çatışmayan yalnız kollegiya haqqında bilgidir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim olunan imkanlar sırasında telefon və faks nömrələri, e-poçt ünvanları sarıdan saytda zənginlik nəzərə çarpmır. Həmçinin qurumun ünvanının marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

3.    Təəssüf ki, qurumun strukturu və aparat haqqında saytda bilgi yoxdur. Həmçinin regional bölmələr barədə də bilgi verilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları barədə təqdim edilən məlumatlar yalnız qurumun rəhbərinin bioqrafiyası haqqındadır. Qurum ilə əks əlaqə üçün ümumi imkan isə orta səviyədədir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar aktuallıqdan xeyli uzaqdır. Sonuncu bilgi 17 yanvara aiddir.

6.    Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqında da heç bir gilgi təqdim olunmur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni sözləri demək mümkündür.

8.    Növbəti təqdim edilməyən məlumatlar isə işə qəbul qaydaları və boş iş yerləri haqqındadır.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərə də yuxarıdakı sözləri şamil etmək olar.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında heç bir bilgi əks tedirilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir bilgi təqdim edilmir.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə də eyni sözləri demək mükündür.

13.    Saytın texniki imkanları haqqında təəssüf ki, elə də yüksək fikir söyləmək mümkün deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV