Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi əksər göstəricilərinə görə, normal dəyərləndirilə bilər. Lakin bir çox əsas bilgilərin çatışmamağı da nəzərdən qaçmır. Bununla belə saytdakı çatışmazlıqları nəzərə alaraq bölmələr üzrə tövsiyələrimizi qeyd edirik.
1. Qurum haqqında bilgilərə quruma daha öncə başçılıq etmiş şəxslər haqqında məlumların əlavə edilməsi yaxşı olardı. Həmçinin qurumun başçısı haqqındakı bilgilərin ətraflı təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması faydalı olardı.
3. Qurumun strukturu haqqındakı sözlü bilgilərlə yanaşı strukturun sxeminin də təqdim edilməsi tövsiyyə olunur.
4. Rəhbərliyə daxil olan işçilər haqqında bilgilərin və onlarla əks əlaqə imkanlarının təqdim ediməsi gərəklidir.
5. Cari informasiyaların daim yenilənməsi və mətbuat üçün açıqlamaların daha çevik hal alması yaxşı olardı.
6. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilər əks etdirildiyindən heç bir tövsiyəyə ehtiyac duyulmur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgin təqdim edilməsi faydalı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı məlumatların təqdim edilməsi vacib olan bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulunun norma və qaydaları barədə ümumi bilgilər və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də əlavə olunması gərəkdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
12. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi gərərklidir.