Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanlı İnternet saytı bir çox göstəriciləri və ayrıca elektron xidmətlər bloku baxımından diqqət cəlb edəcək səviyyədədir. Saytda birbaşa sahəyə aid bilgi bolluğu var. Üstəlik cari informasiyalar baxımından da sayt yetərincə yaxşı durumdadır. Bununla belə saytın bəzi göstəricilər üzrə bilgi tərkibinin yoxluğu da nəzərdən qaçmır. Örnnək üçün, tender və yarışmalar, büdcə, proqram və layihələr haqqında bilgilər bu sıradandır. Funksionallıq və istifadə rahatlığına gəlincə, bu məsələdə sayt yetərincə yaxşı təşkil edilib. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalarda qurumun tarixi, rəhbərləri haqqında və kollegiya və qurumun fəaliyyətini təmin edən qanunverici baza , əsasnamə haqqında bilgilər ətraflı şəkildə təqdim edilir. Və bu bölmə üzrə bilgilər tamdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün mümkün olan imkanlar təqdim edilir. Burada çatışmayan yalnız qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat vasitələri haqqında bilgilərdir.
3. Qurumun strukturu haqqındakı bilgilər də tam və ətraflı şəkildə əks etdirilir.
4. Rəhbər və rəhbər işçilər və onlarla əks əlaqə baxımından da bilgilər saytda öz əksini tapmışdır. burada çatışmayan struktur bölmələri rəhbərlərinin bioqrafiyalarıdır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar çevik şəkildə təqdim olunsa da qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər yoxdur və ya adi ziyarətçi üçün əlçatan yerdə deyil.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda heç bir bilgiyə rast gəlmək mümkün deyil.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam sayıla biləcək həddədir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilən bilgilər sırasında isə işə qəbulla bağlı komissiyalar haqqında bilgilərə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barə bilgilər əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə informasiyalar verilir. Lakin dövlət qulluqçusunun etika qaydaları bilgi yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər isə yoxdur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında da təəssüf ki, heç bir bilgi təqdim edilmir.
13. Texniki baxımdan saytın durumu yetərincə qənaətbəxşdir.