Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet resursunda bir çox bilgilərin təqdim edilməsi ilə yanaşı çatışmayan informasiyalar da var. Xüsusi ilə rayon və qurum haqqında təqdim edilən bilgilər faydalıdır. Lakin ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, qurum tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları haqqında və tender və yarışmaların haqqında heç bir gilgi əks etdirilmir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Qurum haqqında və rayon haqqında bilgilər yetərli sayılacaq səviyyədədir. Burada çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında və onlayn müraciət forması təqdim edilmir.
3. Qurumun strukturunun sxemi təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında heç bir bilgi saytda əks etdirilmir. Lakin struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanlarının əks etdirilməsi bir üstünlükdür.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında icra hakimiyyətinin başçısının bioqrafiyası təqdim olunur. Lakin digər rəhbər işçilərin bioqrafiyaları haqqında heç bir gilgi verilmir.
5. Cari informasiyalar baxımından sayt yüksək dəyərləndirilə bilər. Təqdim edilən məlumatlar cevik və dolğundur.
6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı sayta hər hansı bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə də eyni sözləri demək mümkündür.
9. Təqdim edilməyən daha bir məlumat qurumun işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barə isə ümimi bilgilər təqdim edilir. Ancaq qəbul şərtləri və qəbul qaydaları haqqında heç bir bilgi verilmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal sayılacaq səviyyədədir. Lakin burada nə onlayn müraciət forması nə də, abunə imkanı təqdim edilmir.