Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az ünvanlı İnternet saytı bəlkə də ən az tövsiyəyə ehtiyacı olan İnternet resursudur. Bir çox bölmələr üzrə isə heç bir tövsiyəyə ehtiyacı yoxdur. Yəni əsas göstəricilər üzrə sayt zəngindir, dolğundur, çevikdir və funksionaldır. Özəlliklə də e-xidmətlər baxımından demək olar ki, heç bir çatışmazlığı yoxdur. hətta deyərdik ki, bu resurs bir çox başqa dövlət qurumları üçün çox yaxşı örnək təşkil edə bilər. Bununla belə az da olsa çatışmazlıqları var ki, aşağıda onlarla bağlı bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar tam və dolğun şəkildə təqdim edildiyindən əlavə heç bir şərhə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün imkanlar baxımından bütün gərəkli bilgilər təqdim edilir. Bunun üçün də tövsiyəyə ehtiyac duyulmur.
3. Eyni sözləri qurumun strukturu haqqındakı bilgilərə də aid etmək olar.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilən informasiyalar sırasına qurumun struktur bölmələri rəhbərlərinin də bioqrafiyalarını təqdim etmək lazımdır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar da tam və dolğun təqdim edildiyindən heş bir tövsiyə təüdim olunmur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqındakı bilgilərlə yanaşı büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə bilgilər də verilməlidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər barədə isə əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər saytda öz əksini tapdığından başqa sözə gərək duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi zəruridir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilər əks etdirildiyindən heç bir tövsiyəyə gərək duyulmur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında isə ayrıntılı və geniş bilgilərə ehtiyac var.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barərə bilgilər sırasına qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv əlavə edilməsi tövsiyyə olunur
13. Satın texniki imkanları mükəmməldir və başqa bir sözə gərək yoxdur.