Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az ünvanlı İnternet saytı hər zaman olduğu kimi yenə də yaxşı mənada iddialı görünməkdədir. Bir öncəki müşahidələrimizlə müqayisədə saytda yenə də xeyli irəliləyiş olduğu nəzərə çarpır. Hər zamankı kimi çevik və dolğun olması, yüksək funksionallıq və özəlliklə də bütün gərəkli e-xidmətlərin təklif edilməsi baxımından bu sayt doğrudan da başqalarına örnək ola biləcək durumdadır. Bir vergi ödəyicisi və ya sadəcə vergi xidmətlərindən yararlanmaq istəyənin bu saytda tapa bilməyəcəyi heç bir bilgi yoxdur. Bununla belə, bizim kimi monitorinqlə məşğul olanların axtarıb tapa bilmədiyi az da olsa bilgilərə də rast gəlinir. Örnək üçün, qurum işçilərinin əmək haqları barədə bilgi verilmir. Yaxud da tenderlər barədə heç bir bilgi yoxdur. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalar tam və dolğun şəkildə təqdim edilir.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün imkanlar baxımından bütün gərəkli bilgilər təqdim edilir.

3.    Qurumun strukturu haqqındakı bilgilər də ətraflı şəkildə saytda öz əksini tapıb.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə yetərli bilgilər təqdim edilsə də bu bilgilər sırasında çatışmayan yalnız qurumun struktur bölmələri rəhbərlərinin bioqrafiyalarıdır.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar da demək olar ki, tam və dolğundur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında isə  çatışmayan bilgi büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalardır.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, və s bilgilər  təqdim edilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər də saytda öz əksini tapır.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə demək olar ki, bütün bilgilər əks etdirilir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim olunana yeganə məlumat qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədədir.  

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgilər ətraflı təqdim edilir. Lakin çatışmayan yalnız qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərdir.

13.    Satın texniki imkanları isə mükəmməl şəkildədri.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV