Saturday 20th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti  www.beyleqan-ih.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi çox kəsaddır. Təqdim edilməsi gərəkli olan informasiyaların əksəriyyət hissəsi əks etdirilmir. Lakin saytın yaranma tarixini nəzərə alaraq saytın təkmilləşdirilməsinin mükünlüyünü qeyd etmək olar. Bunu üçün də aşağıda bir sıra tövsiyələrimizi nəzərə çatdırırıq.

1.    Rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, qurumun tarixi, qanunverici əsasları, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından gərəkli olan e-poçt ünvanları, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.

3.    Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi gərəklidir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun digər rəhbər şəxsləri haqqında bioqrafik bilgilərin  və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı.

5.    Cari informasiyaların daha asan əldə oluna biləcək bir yolla təqdim edilməsi və cari informasiyalar sırasına  rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatların əks etdirilməsi tövsiyə olunur.  

6.    Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi zəruridir

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsinə ehtiyac duyulur.

9.    Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
    
10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilən bilgilərlə yanaşı qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı. 

12.    Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi yaxşı olardı.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV