Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar olsa da onun işini təkmilləşdirmək mümkündür. Yəni bu saytın üzərində müəyyən işləri aparmaqla onun informasiya təminatını yaxşılaşdırmaq olar. Aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də elə buna hesablanıb.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin qurum haqqında quruma daha öncə başçılıq etmiş şəxslər barədə, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu və icra aparatı haqqında bilgilərin isə əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından gərəkli olan qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun digər rəhbər şəxsləri haqqında bioqrafik bilgilərin və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları daha çevik bir hala gətirmək və cari informasiyalar sırasına rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgiləri yetərli saymaq olar. Onun üçün də əlavə bir tövsiyə olunmur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və onlayn müraciət formasının, abunə imkanının təqdim edilməsi tövsiyə olunur.