Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti  www.bilesuvar-ih.gov.az domen adlı İnternet resursunda xeyli bilgilər olsa da ondan daha çox çatışmayan informasiyalar var. Rayon haqqında informasiyalar ətraflı şəkildə təqdim edilsə də qurum haqqında bilgilər biraz kassadır.  Ən əsası isə gərəkli informasiyalardan olan ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları haqqında bilgilər təqdim edilmir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edilir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında ətraflı bilgilər öz əksini tapmışdır. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası təqdim edilir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu və icra aparatı haqqında bilgilər isə əks etdirilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Lakin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər əks etdirilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyaları qeyri çevik adlandırmaq olar. Çünki informasiyalar arasında uzun müddətli fasilələr var. Hətta ən son məlumat 23 yanvar 2012-ci ilə aiddir. Təqdim edilməyən informasiyalar isə qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqındadır.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.  

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat saytda əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında bilgilər və  qurumda vətəndaşların qəbul qaydaları haqqında qısaca da olsa məlumatlar əks etdirilir.   

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları normal sayıla bilər Lakin nə  onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV