Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda xeyli çatışmazlıqlar da müşahidə edilməkdədir. Bu çatışmazlıqlar isə daha çox bilgi içəriği ilə bağlıdır. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Lakin təqdim edilmiş informasiyalar sırasına qurumun təklif etdiyi əlavə xidmətlər haqqında da bilgilərin əlavə edilməsi lazımlıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim etmək lazımdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədəki bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və əks əlaqə üçün onlayn formanın da əlavə edilməsi lazımdır.