Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, bir sıra bölmələr üzrə ümumiyyətlə bilgi verilməməsi baxımından pis mənada seçilir. Saytdakı cari xəbərlərdə operativlik müşahidə edilsə də özəlliklə də şəffaflıq baxımından gərəkli olan büdcə, işə qəbul, əmək haqları, tenderlər və s. kimi bölmələr üzrə heç bir bilgi yoxdur. Bununla belə, saytın texniki imkanları onun təkmilləşdirilməsinin mümkün olduğundan xəbər verir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar sırasına yaxşı olardı ki, nazirlə bərabər digər rəhbərlər haqqında da bilgi verilsin.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından qurumun ünvanının marşrut və sxeminin və  quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqında bilgilərin təqdim edilməsi gərəklidir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilər sırasına bütün vəzifəli şəxslər haqqında bioqrafik bilgilərin əlavə edilməsi və təqdim edilmiş digər bilgilərin isə daha dolğun hala gətirilməsi tövsiyə olunur.  

5.    Qurumun cari fəaliyyəti haqqında bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri  və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də daxil edilməsi lazımlıdır.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilsin.  

7.    Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət forması ilə bərabər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin saytda əks etdirilməsi yaxşı olardı.  

9.    Eyni sözləri sahə işçilərinin əmək haqları barədə də demək mümkündür.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə verilmiş məlumatlar sırasına vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də daxil edilməsi tövsiyələr sırasındadır.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında bilgilərin təqdim edilməsi gərkəlidir.  

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.

13.    Saytın texniki imkanları sırasına həmçinin abunə imkanının da əlavə edilməsi gərəklidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV