Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti www.goranboy-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar olsa da onun işini təkmilləşdirmək mümkündür. Yəni bu saytın üzərində müəyyən işləri aparmaqla onun informasiya təminatını yaxşılaşdırmaq olar. Aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də elə buna hesablanıb.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin qurum haqqında quruma daha öncə başçılıq etmiş şəxslər barədə, və icra aparatı haqqında bilgilərin də əks etdirilməsi yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından gərəkli olan qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturu haqqındakı bilgiləri tamamlamaq üçün qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əlavə edilməsi və bələdiyyələr haqqında bir cümləlik məlumat dolğun hala gətirilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilərlə bərabər qurumun rəhbəri ilə əks əlaqə imkanları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatların da təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında informasiyaların saytda öz əksini tapması yaxşı olardı.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin daxil edilməsi şəffaflıq baxımından gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər təqdim edilməsi faydalı oaln bilgilərdəndir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və onlayn müraciət formasının və abunə imkanının təqdim edilməsi tövsiyə olunur.