Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti www.goranboy-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti  www.goranboy-ih.gov.az domen adlı İnternet resursu da digər icra hakimiyyəti resurslarından geri qalmır. Əslində irəli deyil demək doğru olardı. Bu resursda da şəffaflıq baxımından gərəkli olan bilgilər yer almayıb. Həmçinin bəzi digər resurslarda olduğu kimi Elektron xidmətlər və elektron müraciət bölməsi yaradılsa da daxilində heç bir məlumat yoxdur.  Lakin digərlərindən fərqləndirən bir hal var ki, o da cari informasiyalar digərlərinə nəzərən yenidir. Saytın ümumi görünüşü aşağıdakı kimidir.

1.    Rayonun haqqında bilgilərdə rayonun  tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında bilgilər ətraflı və dolğun şəkildə təqdim edilmişdir. Qurum haqqında isə təəssüf ki, bu sözləri demək mümkün deyil. Çünki burada təqdim edilən yalnız qurumun rəhbəri haqqında iki-üç cümləlik bilgi və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunudur.   

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Lakin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında bir cümləlik məlumat təqdim edilir. Burada çatışmayan qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərdir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilsə də qurumun rəhbəri ilə əks əlaqə imkanları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatlar isə təqdim edilmir.

5.    Cari informasiyalar baxımından isə yalnız mətbuat üçün açıqlamalar təqdim edilir.  Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər isə saytda öz əksini tapmayıb.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.  

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər təqdim edilmir.  

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları normal sayılsa da burada  onlayn müraciət forması və abunə imkanı yoxdur.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV