Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.gov.az ünvanlı İnternet saytı istər funksionallıq və istifadə rahatlığı, istərsə də tərkib zənginliyi baxımından bir çox saytlara örnək ola biləcək durumdadır. Saytın tərkibi demək olar ki, tam şəkildə dolğundur. Burada sahəyə aid gərəkli bilgilərin hamısı təqdim edilib. Üstəlik e-xidmətlər sahəsində sayt ən iddialılar arasında görünməkdədir. Bu isə ondan xəbər verir ki, qurumun bu sahəyə məsul şəxsləri və ya uyğun struktur vahidi işinə yetərincə məsuliyyətlə yanaşır. Bütün bunlarla bərabər saytda az da olsa çatışmazlıqlar vardır. Xüsusən də qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında ayrıca bölməyə rast gəlinmir. Sahə işçilərinin əmək haqları bölməsində isə qurumun rəhbərinin əmək haqqı barədə bilgi verilmir. Ümumilikdə yüksək dəyərləndirdiyimiz saytın görünüş aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi, rəhbəri, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun əsasnaməsi haqda bütün bilgilər verilir. Burada çatışmayan ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə ayrıca bilgidir.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün  bütün bilgilər tam şəkildə təqdim edilir. Brada hətta qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər də əks etdirilir.

3.    Qurumun strukturu barədə gərəkli bütün bilgilər (qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri) saytda öz əksini tapmışdır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə bölməsi bütün bilgilər baxımından yetərli dərəcədə tərtib edilir.  Burada əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar yer almışdır.  

5.    Növbəti tam və dolğun şəkildə təqdim edilən bilgilər isə bunlardır: mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə qurumun büdcəsi və onun icrası haqqında məlumatlar saytda yer almışdır. Lakin büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar (qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları) da tamdır.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilir. Çatışmayan ancaq işə qəbulla bağlı komissiyalar haqqında bilgidir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər belə saytda yer almışdır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilməsi gərəkli olan bütün bilgilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi; dövlət qurumunda vətəndaşların qəbul qaydaları; qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları; dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) təqdim edilir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə informasiya çatışmır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri və elanların arxivi isə saytda əks etdirilir.

12.    Təqdim edilməyən bilgilər sırasında qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərdir.  

13.    Qurumun İnternet resurslarının texniki göstəricilərinin uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı və sayt daxilində axtarış mükəmməldir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV