Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, istər funksionallıq və istifadə rahatlığı, istərsə də tərkib zənginliyi baxımından doğrudan da bir çox saytlara örnək ola biləcək durumdadır. Demək olar ki, bütün bölmələr üzrə gərəkli bilgilərin yetərli səviyyədə olması bu saytla bağlı, əslində, ciddi bir tövsiyə irəli sürməyi mümkünsüz edir. Bununla belə, azacıq da olsa çatışmazlıqların olmasını nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum haqqında təqdim edilmiş bilgilərə yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumatların əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün mümkün imkanlar təqdim edilir. Bunu üçün də əlavə bir tövsiyə söylənilə bilməz.
3. Qurumun strukturu haqqında bilgilər tam və dolğun şəkildə təqdim edildiyindən yenə də tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından da bütün bilgilər yetərli dərəcədə tərtib edilib. Və təbi ki, yenə də tövsiyəyə gərək yoxdur.
5. Sevindirici haldır ki, növbəti bölmə üzrə tövsiyəyə gərək yoxdur. Bu qurumun cari fəaliyyəti haqqında olan bölmədir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların əlavə edilməsi tövsiyə olunur.
7. Növbəti tam şəkildə təqdim edilən informasiyalar qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqındadır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında saytda yer almış məlumatlarla yanaşı işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin də yer alması yaxşı olardı.
9. Sahə işçilərinin əmək haqları barədə isə qurumun rəhbərinin əmək haqqı barədə bilginin əks etdirilməsi gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də ətraflı şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş informasiyalar sırasına yaxşı olar ki, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli barədə də bilgilər əlavə edilsin.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv təqdim edilsin.
13. Saytın texniki imkanları mükəmməl şəkildə tərtib edilir. Və əlavə bir şərh deməy mümkün deyil.