Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az ünvanlı İnternet saytı bir sıra göstəricilər üzrə zəngin resurs təsiri bağışlayır. Özəlliklə də sahəyə aid bilgilərin yetərincə təqdim edilməsi diqqət çəkəndir. Daha bir diqqət çəkən müsbət məqam e-xidmətlərin ayrıca bölmədə təqdim edilməsidir. Düzdür, bu xidmətlər elə də yetərli sayıla biləcək qədər deyil. Bununla belə hiss edilir ki, bu yöndə saytda iş aparılır və ən azından gərəkli xidmətlərin əsas hissəsi göstərilir. Lakin bu heç də o demək deyil ki, bu sayt bütün göstəricilər üzrə yetərincə təkmil vəziyyətdədir. Saytda bəzi çox vacib bölmələr üzrə heç bir bilgi verilmədiyi də diqqətdən qaçmır. Örnək üçün, büdcə bilgiləri gözə dəymir. Yaxud sahə işçilərinin əmək haqları, qurumun norma yaratma fəaliyyətləri haqqında da bilgi yoxdur. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.    Qurumu ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun əsasnaməsi təqdim edilir. Burada təqdim olunmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları) verilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat  barədə məlumatlar yoxdur.

3.    Qurumun strukturu barədə qurumun tabeliyindəki informasiya sistemləri və qurumun alt bölmələri və regional strukturu haqqında bilgilər təqdim edilsə də qurumun alt bölmələri və regional strukturu haqqındakı bilgilər tam sayıla bilməz. Bunula yanaşı qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqında heç bir məlumat verilm
 
4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə cəhətdən qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkanlar verilir. Digər bilgilərə (struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları) isə rast gəlinmir. 

5.    Qurumun cari fəaliyyəti haqqında bilgiləri tam saymaq olar. Yəni mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri  və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bütün bilgilər saytda yera alır.

6.    Təəssüf ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə ola bilgilər (qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya) təqdim edilmir. 

7.    Qurum tərəfindən təklif edilən xidmətlər sırasında yalnız qaynar xətt nömrəsi çatışmır. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı  və  xidmətlərdən istifadə qaydaları barədə isə bilgilər verilir. 

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi üzrə bilgilər tamdır

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər isə təqdim edilməyən bilgilərdəndir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar verilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün bililər (qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) təqdim edilir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə isə heç bir bilgi yoxdur.

13.    Saytın texniki imkanları yaxşıdır. Burada çatışmayan abunə imkanlarıdır.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV