Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, bir sıra göstəricilər üzrə yetərincə dolğun təsir bağışlasa da bəzi önəmli bölmələr üzrə heç bilginin olmaması da diqqətdən qaçmır. Bu isə ondan xəbər verir ki, saytın üzərində hələ təkmilləşdirmə işləri aparılmalıdır. Texniki imkanları və funksionallığı, istifadə rahatlığı baxımından bu resursda elə də ciddi işə gərək olmasa da dolğunluq və ayrı-ayrı bölmələr üzrə bilgilərin təqdim edilməsi üzrə təkmilləşdirməyə gərək var. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar sırasına quruma daha öncə başçılıq etmiş şəxslər haqqında da bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün həmçinin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin təqdim edilməsi vacibdir.
3. Qurumun strukturu haqqında qurumun alt bölmələri və regional strukturu haqqında bilgilərin tam şəkildə təqdim edilməsi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər istisna olmaqla digər bütün bilgilərin (qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalarla bərabər qaynar xətt nömrəsinin də təqdim edilməsi tövsiyələr sırasındadır.
8. Tam olan bilgilərdən biri də işə qəbul qaydaları və boş iş yerləri haqqında ola bilgilərdir və bu bölmə üzrə heç bir tövsiyə söylənilmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin verilməsi zəruridir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün bilgilər tam və yetərli şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə isə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatların təqdim edilməsi tövsiyə olunur.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi faydalı olardı.