Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti www.kelbecer-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti  www.kelbecer-ih.gov.az domen adlı İnternet resursu da digər icra hakimiyyəti resurslarından fərqlənmir. Daha doğrusu irəli deyil demək doğru olardı. Yəni bu sayt da bir zamanlar həvəslə qurulub, üzərində müəyyən işlər görülüb və sonra digər resurslar kimi sayta nəzarət zəifləyib. Əslində sayta qurulduğu vaxtlarda da informasiya açıqlığı cəhətdən elə də ciddi nəzarət edilməyib. Çünki burada qurum ilə bağlı gərəkli ola biləcək bilgilər yer almır. Doğrudur rayon haqqında həddindən artıq gərəkli bilgilər təqdim edilir. Ancaq bunu qurum haqqında demək mümkün deyil. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər sözün əsil mənasında mükəmməl şəkildə təqdim edilir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, təhsili, səhiyyəsi, idmanı barədə ətraflı şəkildə məlumatlar saytda yerləşdirilib. Ancaq qurum haqqında isə qurumun başçısının adı və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanununundan başqa heç bir bilgi verilir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkanlar təqdim edilir ki, bunu da tam hesab etmək olmaz. Həmçinin qurumun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi yoxdur.

3.    Qurumun strukturunun sxemi və bələdiyyələr haqqında bilgilər təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilən yeganə məlumat ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkandır.  Qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkan, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər isə əks etdirilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyaları çevik adlandırmaq olmaz. Ən son təqdim edilmiş məlumat 23 fevral 2012-ci ilə aiddir. Təqdim edilməyən informasiyalar isə qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqındadır.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgiyə rast gəlinmir.  

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da heç bir bilgi yoxdur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi əks etdirilmir.

9.    Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə bilgilər verilmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında heç bir bilgi verilməsə də qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında bilgilər qısacada olsa verilir.  

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar təqdim edilməyən informasiyalar sırasındadır.  

12.    Saytın texniki imkanları normal sayıla bilər. Lakin nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV