Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti www.kelbecer-ih.gov.az domen adlı İnternet resursunun digər resurslardan seçilmədiyi kimi qurum haqqında və informasiya açıqlığı üçün lazımlı olan bilgilər barədə də çox kasaddır. Bu isə ondan xəbər verir ki, saytın üzərində hələ təkmilləşdirmə işləri aparılmalıdır. Texniki imkanları və funksionallığı, istifadə rahatlığı baxımından bu resursda elə də ciddi işə gərək olmasa da dolğunluq və ayrı-ayrı bölmələr üzrə bilgilərin təqdim edilməsi üzrə təkmilləşdirməyə gərək var. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin qurum haqqında qurumun başçısının bioqrafiyası, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilərin təqdim edilməsi zəruridir.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirilməsi üçün təqdim edilmiş ümumi imkanların dolğunlaşdırılmasına və qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin verilməsinə gərək duyulur.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin və digər rəhbər şəxslər haqqında bioqrafik bilgilərin, qurum ilə əks əlaqə üçün ümumi imkan, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları daha çevik bir hala gətirmək və cari informasiyalar sırasına rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əlavə edilməsi lazımdır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər təqdim edilməsi gərəkli olan informasiyalardandır.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin verilməsinə və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında olan bilgilərin dolğunlaşdırılmasına ehtiyac var.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların verilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi, onlayn müraciət formasının və abunə imkanının təqdim edilməsi yaxşı olardı.