Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az ünvanlı İnternet saytı əvvəlki illərə nisbətən daha yaxşı təsir bağışlasa da məlumat baxımından heç də yetərincə ürəkaçan sayıla bilməz. Düzdür, saytda bəzi gərəkli bilgilər gözə dəyir, ancaq bu heç də o demək deyil ki, burada istənilən bütün bilgilərə rast gəlmək mümkündür. Məsələn elə bölmələr var ki, onlara aid heç bir bilgi verilmir. Məlumat olan bölmələr isə hələ bir xeyli təkmilləşmə tələb etməkdədir. Saytın texniki imkanları da yetərli sayıla biləcək həddə deyil. Bu resurs yetərincə funksional deyil. Şrift və ölçü seçimi uyğunsuzdur ki, bu da istifadəçilərə əlavə problem yaradır. E-xidmətlər adı altında bölmə verilsə də burada hansısa bir məlumatdan söhbət gedə bilər. Halbuki bu cür xidmətlər interaktiv olmalıdır ki, onlardan istifadə mümkün olsun. Ümumilikdə saytın görünüşü aşağıdakı kimidir:

1.    Qurumu ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun əsasnaməsi təqdim edilir. Lakin burada qurumun rəhbərləri haqqında olan bilgilər yetərli deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları) verilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat  barədə məlumatlar yoxdur.

3.    Dövlət qurumunun strukturu barədə yetərli sayılmasa da strukturun sxemi verilib. Həmçinin qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər verilir. Burada çatışmayan  struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları barədə bilgilərdir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin bioqrafiyası və əks əlaqə imkanı verilib ki, onun da oxunması çətinliklərlə müşayiət olunur. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə yoxdur.  

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və quruma aid olan informasiya əks etdirilir. Lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgi yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası bölməsi üzrə heç bir bilgi verilmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumunun təklif etməli olduğu mütləq xidmətlər, qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər saytda öz əksini tapmışdır. Elektron formada təklif olunan xidmətlər isə yox səviyyəsindədir.  Xidmətlərin keyfiyyət göstəriciləri barədə yerli dibli bilgi yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilməsi gərəkli olan bilgilərə (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi) rast gəlinmir.  

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilər yoxdur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər verilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə bilgilər isə əks etdirilmir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər yoxdur.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də təqdim edilməyən bilgilərdəndir.

13.    Saytın texniki imkanları yetərli sayıla biləcək qədər deyil və abunə imkanı da təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV