Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, əvvəlki illərə nisbətən daha yaxşı təsir bağışlasa da hələ ki, tələbatçıların tələblərinə, ən əsası isə “İnformasiya əldə etmək haqqında” qanuna cavab verdiyi söylənə bilməz. Texniki imkanları da, qeyd etdiyimiz kimi, heç də yetərli deyil. Saytın interaktivliyi demək olar ki, yoxdur. funksionallığı isə bir qədər yorucu və qarışıqdır. Ümumi rəy bundan ibarətdir ki, bir sıra bölmələr üzrə bilgilərin yoxluğunu mütləq şəkildə aradan qaldırmaqla bərabər, saytın texniki imkanları üzərində də çalışmaq lazımdır. Yəni bu sayt ciddi şəkildə təkmilləşdirilməlidir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş bilgilərlə yanaşı quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün həm ümumi imkanlar barədə, həm də qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin təqdim edilməsi vacibdir.
3. Qurumun strukturu haqqında təqdim edilmiş strukturun sxeminin daha anlaşıqlı hala gətirilməsi və çatışmayan bilgilərdən struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları barədə bilgilərin verilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının əks etdirilməsi faydalı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş informasiyalarla yanaşı qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumatlarında təqdim edilməsi zəruridir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qaynar xətt telefon nömrəsinin təqdim edilməsi və elektron formada təklif olunan xidmətlərin yetərli səviyyəyə çatdırılması tövsiyələr sırasındadır.
8. Tövsiyə olunur ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi kimi bilgilər təqdim edilsin.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin verilməsi zəruri tələblər sırasındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi lazımlıdır.
12. Eyni sözlər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərə (qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv) də şamil edilir.
13. Saytın texniki imkanları üzərində daha ciddi çalışmaq lazımdır. Həmçinin abunə imkanının da təklif edilməsi gərəklidir.