Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti www.kurdemir-ih.gov.az domen adlı İnternet resursuna daxil olan zaman sayt fərqliliyi ilə seçilir. Hətta sayta ilk baxışda təqdim edilmiş bölmələri gördükdə saytın çox zəngin bir resurs olduğunu düşünmək olar. Lakin təəssüf ki, təqdim edilmiş 26 bölmədən 17 tam boşdur. Yəni heç bir məlumat təqdim edilmir. Digər bölmələrdə isə iki-üç cümləlik bilgilər təqdim edilir ki, bu bilgiləri də faydalı saymaq mümkün deyil. Hətta qurumla əks əlaqə üçün onlayn müraciətdən başqa heç bir imkan yoxdur. Yəni saytda 2008-ci ildə yaradılıb elə yaradıldığı vaxtdan da unudulub. Burada təqdim edilmiş ən son informasiya belə bunu təsdiq edir. Ən son informasiya 2 oktyabr 2008-ci ilə aiddir. Üstəlik də bizim monitorinq üçün ehtiyac duyduğumuz ölçülərə aid heç bir bilginin olmaması bu saytı da nəzərdən keçirməyimizi əngəlləyir. Belə bir durumda isə təbii ki, saytın durumu haqqında geniş şərh verə bilmirik.