Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra bölmələr üzrə bilgilər baxımından yetərli sayıla biləcək durumdadır. Əlbəttə ki, bu durum yaxşı dəyərləndirilməlidir. Bununla belə, saytda çatışmayan yönlər də az deyil. Bu isə, əsasən, bəzi bölmələr üzrə bilgilərin ümumiyyətlə verilməməsi ilə bağlıdır. Saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum haqqında təqdim edilmiş bilgilərlə bərabər quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə imkanlarının yaxşılaşdırılması baxımından ümumi imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də saytda yer alması gərəklidir.
3. Qurumun strukturu barədə qurumun strukturunun sxeminin ayrıca təqdim edilməsi və struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilər tam olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.
6. Qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında saytda olan məlumatlar yetərli sayıldığından başqa bir tövsiyə söyləməyə gərək duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilmiş olan dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərdən başqa həminin dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin də təqdim edilməsi lazımlıdır.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə məlumatların verilməsi zəruridir.
11. Növbəti təqdim edilməsi gərəkli olan bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan bilgilərdir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin təqdim edilməsi tövsiyələr sırasındadır.
13. Satın texniki imkanları sırasına isə abunə imkanının təqdim edilməsi yaxşı olardı.