Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti www.lerik-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəngin bir resurs deyil. Burada ilk növbədə boş bölmələrə məlumatların yerləşdirilməsi gərəklidir. Məsələn Elektron xidmətlər, banklar, rabitə və poçt, bələdiyyələr kimi bölmələrin boş deyil də daxilində məlumat olması gərəklidir. Həmçinin informasiya açıqlığı baxımından gərəkli olan məlumatların da verilməsi aşağıdakı tövsiyələr sırasında qeyd edilir. Belə ki, bəndlər üzrə tövsiyələr aşağıda qeyd olunur.
1. Rayon haqqında verilmiş bilgilərin dolğunlaşdırılması və qurum haqqında olan bilgilər sırasına qurumun əsasnaməsinin və daha öncəki rəhbərləri haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması baxımından ilk olaraq qurumun ünvanının, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
3. Qurumun strukturunun sxeminin dolğunlaşdırılması, sxem ilə yanaşı sözlü bilgilərin, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin verilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların daha çevik bir hala gətirilməsi və bu informasiyalarla yanaşı rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda yer alması yaxşı olardı.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin zənginləşdirilməsi və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi yaxşı olardı.
12. Saytın texniki imkanlarının daha da yaxşı bir hala gətirilməsi və həmçinin onlayn müraciət formasının və abunə imkanının təqdim edilməsi tövsiyə olunur.