Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az domen adlı İnternet resursu Bəzi bilgilər cəhətdən zəngindir. Bəzi bilgilər isə tamamilə təqdim edilmir. Saytın istifadə rahatlığı və asan tərtibatı təbii ki yüksək qiymətləndirilir. Saytda ən zəngin bilgilər isə rayon haqqında, rayonda yerləşən müəssisələr və s. haqqında olan bilgilərdir. Ancaq informasiya açıqlığı baxımından gərəkli olan bilgilərə rast gəlinmir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər zəngindir. Burada təqdim edilmiş bilgilərdən istifadə edərək gərəkli məlumatlar əldə etmək olar. Qurum haqqında isə yalnız qurumun rəhbəri haqqında bioqrafik bilgilər təqdim edilir. Nə qurumun əsasnaməsi, nə  dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu barədə, nə də qurumun öncəki rəhbərləri haqqında bilgilər təəssüf ki, yoxdur.  

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanının sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər verilmir.  

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar tam və dolğundur. Ancaq struktur haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər  isə verilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilsə də rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə heç bir bilgi verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaları operativ saymaq olmaz çünki ən son xəbər iki ay öncəyə aiddir. Bununla yanaşı rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər də təqdim edilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərə rast gəlinmir.  

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin heç birisi əks etdirilməyib.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər yoxdur.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında məlumat saytda yer almışdır. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə əks etdirilmir.  

11.    Daha bir təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları yüksək qiymətləndirilir. Yalnız abunə imkanı saytda yoxdur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV